Dəniz konteynerlərindən hündürmərtəbəli ofis tikilir

 14:14 18.08.2019     594

"Patalab" şirkəti işlənmiş dəniz konteynerlərindən 9 mərtəbəli ofis binası inşa etmək üçün layihə hazırlayıb. Hündürlüyü 26 metr olan bu ofis Londonun tarixi hissəsində inşa ediləcək.

Redaktor.az seanews.az-a istinadən bildirir ki, plana əsasən konteynerlər bir-birinin üstünə düzüləndən sonra metal karkas vasitəsilə bərkidiləcək. Konteynerlərin fasadının şüşə ilə üzlənməsi planlaşdırılır. Həmçinin, ofisdə eyvanların inşası nəzərdə tutulur.

Qeyd edək ki, hazırda bu tipli ofis İsveçrənin Sürix şəhərində mövcuddur.