İŞİD Kabildə toyda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb

 15:40 18.08.2019     672

İŞİD terror təşkilatı dünən Kabildə törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.

Redaktor.az-ın apa.az-a istinadən xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, avqustun 17-də Kabildə toyda törədilən partlayış nəticəsində 63 nəfər ölüb, 182 nəfər yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyi partlayışı terrorçu-kamikadzenin törətdiyini açıqlayıb