Ürək dağlayan hadisə: Uşaqlarını xilas edən analar can verdi - FOTO

 18:12 18.08.2019     1862

Türkiyənin Şanlıurfa bölgəsində faciə baş verib.

Redaktor.az hurriyet.com.tr-yə istinadən bildirir ki, Atatürk Baraj gölündə çimən 3 uşaq boğulma təhlükəsi yaşayıb. Bunu görən iki ana Nimet Yıldırım ilə Sıdıka Beden suya atılıb. Uşaqları xilas etsələr də analar boğularaq ölüb.

Məlumata görə, ailələr göl ətrafına piknikə gediblərmiş. Son xəbərlərdə bildirilir ki, 3 uşaq xəstəxanaya yerləşdirilib. Lakin ikisinin vəziyyəti ağırdı. Xilasedicilər suyun dibindən anaların cəsədini çıxarıblar. Hadisə ilə bağlı araşdırma başlayıb.(lent.az)