Fransada bazar yanıb - sakinlər təxliyə edilib

 19:09 18.08.2019     427

Parisdə şəhərin ətrafında yerləşən Levallua-Perre şəhərindəki bazarda yanğın baş verib.

Redaktor.az-ın trend.az-a istinadən məlumatına görə, şəhər hakimiyyəti yaxınlıqdakı ərazilərin sakinlərini təxliyə etməyi tövsiyə edib.

Bildirilir ki, "Anri-Barbyus" bazarında güclü yanğın baş verib. Həmin bazar "Qabriel-Peri" idman mərkəzinin yaxınlığında yerləşir.

Yanğınsöndürmədə 160 yanğınsöndürən iştirak edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.