ABŞ-dan Türkiyəyə pis xəbər: Təklifi geri götürdü

 10:40 23.08.2019     373

ABŞ Türkiyəyə “Patriot” raket əleyhinə komplekslərinin satışı haqda təklifini geri götürüb.

Redaktor.az xəbər verir ki, bu məlumatı CNN televiziyası ABŞ Dövlət Departamentindəki mənbəsinə istinadən yayıb.

“Biz davamlı şəkildə Türkiyəyə deyirdik ki, əgər S-400-ləri alsanız, “Patriot”u satmaq barədə son təklifimizi geri çəkəcəyik. Bizim “Patriot”la bağlı təklifimizin müddəti artıq bitib”, - o bildirib.//Axar.az