ABŞ və "Taliban" danışıqlarının 9-cu raundu başlayıb

 11:15 23.08.2019     360

ABŞ və “Taliban” arasında danışıqların 9-cu raundu ötən gün axşam Qətərin paytaxtı Doha şəhərində başlayıb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Taliban” sözçüləri məlumat yayıb.

Hazırda Əfqanıstanda olan 20000-ə yaxın xarici hərbçilərin əksəriyyəti amerikalılardır. Avqustun 20-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın Əfqanıstandakı hərbi rolu “gülünc” polis qüvvəsinə çevrilib. Avqustun 21-də isə Əfqanıstanda 2 ABŞ hərbi xidmətçisi öldürülüb. Beləliklə də 2019-cu ildə öldürülən ABŞ hərbçilərinin sayı 15-ə çatıb. 

Qeyd edək ki, ABŞ və "Taliban" arasında danışıqların 8-ci raundu avqustun 3-12-də Qətərin paytaxtı Dohada keçirilib.