Putin və Ərdoğan arasında telefon danışığı baş tutub - YENİLƏNİB

 15:53 23.08.2019     430

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatları bəlli olub.

Redaktor.az-ın xəbərinə görə, tərəflər əsasən Suriya və Liviyadakı hadisələrlə bağlı müzakirələr aparıblar. Telefon danışığında Ərdoğan bildirib ki, Suriya hərbi qüvvələrinin İdlibdə atəşəkəsi pozması və silahlı hücumları böyük böhranlara yol acır.

Türkiyə Prezidenti İidlibdəki hücumların ərazidəki problemlərin həlli cəhdlərinə zərər verdiyini və Türkiyənin milli təhlükəsizliyi baxımından bir təhdidə çevrildiyini vurğulayıb.

***

15:37

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. 

Redaktor.az-ın məlumatına görə, bu barədə Kremlin saytında məlumat yayılıb.

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.//Apa.az