Conson xalqa MÜRACİƏT ETDİ: Mən yoxsa Korbin?

 10:54 06.09.2019     34206

Böyük Britaniyanın Baş naziri Boris Conson krallığın Avropa Birliyindən ayrılması ilə bağlı xalqa çağırış edib.

Redaktor.az-ın məlumatına görə, o, sosial media hesabı vasitəsiylə müraciətində bildirib ki, xalq, deputatların Londonun Avropa Birliyindən çıxmasına dəstək verməsi üçün onlara təzyiq göstərməlidir:

“Oktyabr ayının 31-dən əvvəl Avropa Birliyindən ayrılmaq istəyirsinizsə, deputatlardan bazar günü sənədə səs verməsini tələb edin. Mən, yoxsa İşçi partiyasının lideri Ceremi Korbin?”.

Qeyd edək ki, son səsvermə zamanı krallığın Avropa Birliyindən təktərəfli ayrılmasını nəzərdə tutan sənəd qəbul olunmayıb. Sənədin rədd edilməsində müxalif İşçi partiyasının lideri Ceremi Korbinin mövqeyi həlledici rol oynayıb. Conson hökumət başçısı postuna gələrkən, oktyabr ayının 31-nə qədər krallığın Avropa Birliyindən təkrətəfli çıxaçağına dair vəd verib.

Anar Türkeş / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən