Ərdoğana sui-qəsd cəhdində təqsirləndirilən şəxslə bağlı SON MƏLUMAT

 11:03 10.09.2019     8008

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı sui-qəsd cəhdində təqsirləndirilən keçmiş hərbçi saxlanılıb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, Ö. Abdulkadir Eskişəhərdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Saxlanılan şəxs İzmirə gətiriləcək.

Qeyd edək ki, 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd olub. Həmin gün Muğla vilayətinin Marmaris rayonunda oteldə olan Türkiyə Prezidentinə qarşı sui-qəsd cəhdi olub.