ABŞ vədlərinə əməl etməsə, Türkiyə ordusu əməliyyatlara başlayacaq - Çavuşoğlu

“ABŞ vədlərinə əməl etməsə, Türkiyə ordusu Fərat çayının şərq sahilinə daxil olacaq”.
Redaktor.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu belə bəyanatla çıxış edib. O bildirib ki, Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması üçün ABŞ-la danışıqlar davam edir. Diplomatın sözlərinə görə, danışıqlar nəticə verməsə, Ankara bölgəyə müdaxilə edəcək.
“Biz Fərat çayının şərq sahilinə daxil olmaq üçün bütün hazırlıqları həyata keçirmişik” - deyə Çavuşoğlu qeyd edib.
Anar Türkeş / Redaktor.az