İsrail İranın nüvə silahı ilə bağlı yeni sənədlər ələ keçirib - Netanyahu

“İsrail İranın nüvə proqramı ilə bağlı yeni gizli sənədlər ələ keçirib”.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verib. O bildirib ki, sənəddə Tehranın nüvə silahı ilə bağlı yeni bölgələri ifşa olunub.
Hökumət başçısı gizli sənədin detallarına dair məlumat verməyib.
Anar Türkeş / Redaktor.az