Avropa Komissiyasının enerji məsələləri üzrə yeni komissarı təyin olunub

 16:15 10.09.2019     18885

Avropa Komissiyasının enerji məsələləri üzrə yeni komissarının adı məlum olub.

Redaktor.az-ın verdiyi xəbərə görə, bu vəzifəyə Kadri Simson təyin edilib.

Xanım Kadri Simson Estoniya parlamentinin üzvü və Estoniyanın İqtisadi Məsələlər və İnfrastruktur naziri olub.

O, yeni vəzifəsinin icrasında bu il noyabrın 1-dən başlayacaq. 

Qeyd edək ki, daha əvvəl bu postda çalışmış Maroş Şefçoviç İnstitutlararası əlaqələr və Proqnozlaşdırma üzrə komissar təyin edilib.//Apa.az