Əfqanıstanda Taliban bir neçə rayonu ƏLƏ KEÇİRDİ

 17:07 10.09.2019     29270

Əfqanıstanın Tahar vilayətinə Taliban terrorçuları silsilə hücumlar təşkil edib.

Redaktor.az İxlas xəbər agentliyinə istinadən xəbər verir ki, 4 istiqamətdə hücuma keçən taliblər, bir neçə rayonu ələ keçirib. Hərbçilər dinc sakinlər arasında tələfatın baş verməməsi üçün geri çəkiliblər.

Məlumata görə, ordu rayonları terrorçulardan azad etmək üçün əməliyyatlar təşkil edəcək.

Anar Türkeş / Redaktor.az