SON DƏQİQƏ: Aşura günü Kərbəlada DƏHŞƏTLİ FACİƏ - Onlarla ölü, yüzlərlə yaralı var

 17:30 10.09.2019     18291

İraqın Kərbəla şəhərində təşkil edilən Aşura günü ilə bağlı mərasim zamanı piyada keçidi çöküb. Nəticədə azı 16 nəfər həyatını itirib. 100-ə qədər yaralı var.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir. Əraziyə xilasedicilər cəlb edilib.

Güman edilir ki, piyada keçidinin çökməsinə tikilinin nəzərdə tutulduğundan çox yüklənməsi səbəb olub.

Anar Türkeş / Redaktor.az