Gürcü nazirə Azərbaycanın medalı təqdim olundu

 18:23 10.09.2019     1056

Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə “Azərbaycanın diplomatik xidmət orqanları-100” yubiley medalı təqdim olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN başçısına medalı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov təqdim edib.

D.Zalkaliani xüsusi mükafata Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə layiq görülüb.

Daha sonra tərəflər arasında görüş keçirilib. Görüşdə iki ölkə arasındakı aktual məsələlər müzakirə olunub.

D.Zalkaliani xüsusi medala layiq görüldüyünə görə Azərbaycana təşəkkür edib.

D.Həsənov bildirib ki, Gürcüstan və Azərbaycan arasında dostluq və strateji tərəfaşlıq münasibətləri illərdir mövcuddur və bundan sonra da davam etdiriləcək.

Səfir Giorgi Qaxarianın rəhbərliyi altında Gürcüstan hökumətinin fəaliyyətinə müvəffəqiyyətlər arzulayıb.//Report.az