İspaniya məhkəməsi diktator Frankonun meyitinin eksqumasiyası ilə bağlı qərar verəcək

İspaniya Ali Məhkəməsi diktator Fransisko Frankonun meyitinin qalıqlarının eksqumasiya edilməsi barədə qərar verəcək.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məhkəmə qərarını 24 sentyabr tarixində açıqlayacaq.
Frankonun ailəsi təkid edir ki, diktatorun meyitinin qalıqlarının köçürülməsi üçün ən uyğun yer, onun qızı və kürəkənin dəfn olunduğu Madrid kafedralının Almudena kilsəsidir.
İspaniya Nazirlər Kabineti Frankonun meyitinin qalıqlarının El-Pardo qəbiristanlığına köçürülməsi barədə qərar qəbul edib. Lakin iyunun 10-na təyin edilən mərasim baş tutmayıb.
Qeyd edək ki, ötən il İspaniya hökuməti F. Frankonun meyitinin qalıqlarının köçürülməsi barədə qərar verib.
Rüfət Xəlil / Redaktor.az