"Dorian" qasırğası 50 nəfərin ölümünə səbəb oldu - Baham adalarında DƏHŞƏT

Baham adalarını ağuşuna alan "Dorian" qasırğası 50 nəfərin ölümünə səbəb olub.
Redaktor.az RİA-ya istinadən xəbər verir ki, təkcə Abako adasında 42 nəfər həlak olub. Böyük Baham adasında isə 8 nəfər qasırğanın qurbanı olub.
Məlumata görə, onlarla sakini itkin düşüb. Bölgədə xilasedicilər işləyir.
Rüfət Xəlil/ Redaktor.az