Qriqori Karasin Rusiya Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib - Putin sərəncam imzaladı

 20:53 10.09.2019     1821

Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin vəzifəsindən azad edilib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Rusiya liderinin digər sərəncamı ilə bu vəzifəyə Yevgeni İvanov təyin olunub.

Qeyd edək ki, Q. Karasin 2005-ci ildən bu vəzifəni tutub.  Avqust ayında Vladimir Putin, Karasini "Vətənə xidmət" ordeni ilə təltif edib.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən