Mayk Pompeo Tramp-Ruhani görüşündən danışdı

ABŞ dövlət katibi Mayk Pompeo Donald Trampın İran prezidenti Həsən Ruhani ilə mümkün görüşündən danışıb.
Redaktor.az RİA-ya istinadən xəbər verir ki, Pompeo görüşün BMT Baş Assambleyasının iclasında baş tuta biləcəyini istisna etməyib.
"Tramp mütəmadi olaraq İran rəhbərliyi ilə görüşməyə hazır olduğunu deyib. Lakin Vaşinqtonda ilk addımın Tehran tərəfindən atılmasını gözləyirlər"- Pompeo qeyd edib.
Rüfət Xəlil / Redaktor.az