Ermənistanda ard-arda iki zəlzələ baş verib

Ermənistan ərazisində ard-arda iki zəlzələ olub.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.
İlk zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.
Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda - Ermənistan ərazisində olub. /report/