İsrailə havadan raket zərbələri endirildi - Baş nazir Binyamin Netanyahu təxliyyə edildi

 08:16 11.09.2019     2930

Qəzza zolağından İsrailin Aşdod və Aşkelon şəhərləri istiqamətinə 5 raket atılıb.

Redaktor.az "Moskovskiy Komsomolets"-ə istinadən xəbər verir ki, raketlər baş nazir Binyamin Netanyahu Aşdodda seçiciləri ilə görüş keçirən zaman buraxılıb. Raket təhlükəsi ilə bağlı həyəcan siqnalı işə düşəndən sonra, Netanyahu Aşdoddan təxliyyə edilib.

Atılan raketlərdən biri hava hücumundan müdafiə radarları tərəfindən zərərsizləşdirilib. Digər 4 raket haqda məlumat verilmir. İnsidentlə bağlı xəsarət alan yoxdur.

Rüfət Xəlil / Redaktor.az

 

Vumart və Güvən reklamı Vumart Güvən