SON DƏQİQƏ: ABŞ səfirliyində GÜCLÜ PARTLAYIŞ - 18 il sonra... / VİDEO

 10:45 11.09.2019     5129

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi atəşə tutulub.

Redaktor.az AFP agentliyinə istinadən xəbər verir ki, terrorçuların atdığı raket səfirliyin yaxınlığına düşüb. Ardınca ərazidə şiddətli partlayış səsi eşidilib. Ərazidə yerləşən tikililərə ciddi ziyan dəyib. 

Amerikalı diplomatlar hadisəni təsdiqləyib. Ölənlər barədə məlumat yoxdur. Xəsarət alanların olduğu bildirilir. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, hücumun  “Əl-Qaidə” terror təşkilatının Nyu-Yorkda törətdiyi “11 sentyabr” partlayışlarının 18-ci il dönümünə təsadüf etməsi diqqət çəkir.

 Anar Türkeş / Redaktor.az