İsrail qırıcıları Qəzzanı BOMBALADI

 11:15 11.09.2019     4073

İsrailin hava qüvvələri Qəzza bölgəsini bombalayıb.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hücum zamanı bir neçə rayon hədəfə alınıb. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

İsrail ordusunun məlumatına görə, hava əməliyyatları Qəzzadan ölkə ərazisinə atılan raket hücumlarına cavab olaraq təşkil edilib.

Anar Türkeş / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən