Kərbəlada 3 günlük matəm ELAN EDİLDİ

İraqın Kərbəla şəhərində 31 nəfərin ölümü ilə nəticələnən faciə ilə bağlı 3 günlük matəm elan edilib.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə Aşura mərasimi zamanı baş verib. 100-dən çox yaralı var. Bəzi mənbələr tələfatın izdiham zamanı qeydə alındığını yazır.
Bəzi xəbər agentlikləri isə qeyd edir ki, tələfat piyada keçidinin çökməsi nəticəsində qeydə alınıb.
Anar Türkeş / Redaktor.az