Netanyahunun bəyanatı İƏT-i HƏRƏKƏTƏ KEÇİRDİ

 14:44 11.09.2019     1843

İslam Əməkdaşlıq Təşkilatı İsrailin Baş naziri Binyamin Netanyahunun bəyanatı ilə bağlı təcili toplantı keçirəcək.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən yazılı açıqlama verilib.

Xatırladaq ki, Netanyahu yenidən hökumət başçısı seçiləcəyi təqdirdə Qəzza bölgəsində yerləşən İordaniya vadisinin ABŞ hökuməti ilə birgə koordinasiyalı şəkildə ilhaq ediləcəyini bəyan edib.

Anar Türkeş / Redaktor.az