Zelenski deputatların toxunulmazlığının ləğvi barədə QANUNU İMZALADI

 15:45 11.09.2019     809

Ukrayna prezidenti Vladimir Zelenski deputatların toxunulmazlığının ləğvini nəzərdə tutan qanunu imzalayıb.

Redaktor.az Tass agentliyinə istinadən xəbər verir ki, qanun 2020-ci ildən qüvvəyə minəcək.

Xatırladaq ki, iki həftə əvvəl parlamentdə deputatların toxunulmazlığının ləğvi barədə səsvermə keçirilib və 404 deputatdan 373-ü qanun layihəsinin lehinə səs verib. Qanuna layihəsinə görə, deputatlar parlamentin xüsusi icazəsi olmadan mühakimə edilə bilər.

Lakin istisna hallar da var. Millət vəkilləri siyasi mövqelərinə və siyasi çıxışlarına görə parlamentin icazəsi olmadan mühakimə oluna bilməz

Anar Türkeş / Redaktor.az