SON DƏQİQƏ: Ukraynada silsilə partlayışlar BAŞ VERDİ - VİDEO

 16:15 11.09.2019     1601

Ukraynanın Vinnitsa vilayətində orduya məxsus silah anbarında silsilə partlayışlar baş verib. Şahidlər ərazidə azı 6 partlayış səsi eşidiblər.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı ölən olmayıb. Yaxınlıqdakı tikililərə ciddi ziyan dəyib. Müdafiə Nazirliyinin açıqlamasına görə, hadisənin baş verdiyi silah anbarında təkrar emal üçün nəzərdə tutulmuş hərbi sursatlar saxlanılıb.

Şahidlər partlayışlardan əvvəl ərazidə yanğın baş verdiyini irəli sürüblər. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az