Kreml cəsus iddialarına CAVAB VERDİ

 17:07 11.09.2019     1314

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Moskva ilə Vaşinqton arasında yaranan cəsus iddialarına cavab verib.

Redaktor.az-ın məlumatına görə, o bildirib ki, keçmiş işçilərdən birinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi üçün fəaliyyət göstərib-göstərmədiyi hələlik məlum deyil:

“Bu işçinin vaxtilə Kremldə işlədiyini və sonradan qovulduğunu deyə bilərik. Lakin cəsus olub-olmadığını bilmirik. Bu sualı kəşfiyyat idarələrinə vermək lazımdır. Məsələ araşdırılır”.

Qeyd edək ki, CNN televiziyası Oleq Smolenkovun 10 il ərzində ABŞ lehinə cəsus işlədiyini irəli sürüb. İddialara görə, Oleq dövlət başçısı Vladimir Putinin köməkcisi Yuri Uşakovla birlikdə əvvəlcə Rusiyanın ABŞ-dakı səfirliyində, ardınca isə Kremldə işləyib. Prezident adminstrasiyasında işləyən cəsusun hətta Putinin otağına girmək səlahiyyəti olub.  Oleq 10 il ərzində ABŞ-a bəzi məlumatlar sızdıra bilib. Lakin onun məlumatlarının əksəriyyəti doğru olmayıb. İfşa olmasın deyə prezident Donald Tramp onun fəaliyyətinə son verib.

Qeyd edək ki, 2017-ci ildə Oleq Smolenkov ailəsi ilə Monteneqroya yollanıb və bir daha ondan xəbər almaq mümkün olmayıb. Məsələni araşdıran Rusiya kəşfiyyatı onun sağ olduğunu dəqiqləşdirib. Oleqin hazırda Vaşinqton yaxınlığında, dövlətin mühafizəsi altında yaşadığı irəli sürülür. CNN televiziyasının iddiasına görə, Oleqi ABŞ kəşfiyyatı Rusiyadan qaçırıb. 

"Ağ ev" iddiaları təkzib edib.

Anar Türkeş / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən