Ermənistanda OLAY - Gümrüdə rusiyalı əsgər QƏTLƏ YETİRİLDİ

Ermənistanda rusiyalı hərbçinin cəsədi tapılıb.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Gümrü şəhərində qeydə alınıb.
Məlumata görə, 102 saylı rus hərbi bazasının 23 yaşlı adı açıqlanmayan əsgərinin üzərində zorakılıq elemetləri aşkarlanıb.
Hərbçinin bədənində bıcaq yaraları olduğu qeyd olunur.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, İrəvandan 126 kilometr məsafədə yerləşən Gümrü hərbi bazasında 4 mindən çox rus əsgəri var.
Rüfət Xəlil / Redaktor.az