İndoneziyanın sabiq prezidenti vəfat etdi - FOTO

 20:54 11.09.2019     1843

İndoneziyanın keçmiş prezidenti Buxaruddin Yusuf Həbibi 83 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, sentyabrın 9-da Həbibinin səhhəti pisləşib. Bundan sonra, o, Cakartadakı hərbi xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib və orada dünyasını dəyişib.

Qeyd edək ki, Həbibi 1998-ci ildən 1999-cu ilədək ölkə prezidenti olub. /report/