Senator İranın neft zavodlarına hücum çağırışı etdi

 09:52 15.09.2019     1540

ABŞ senatoru Lindsi Qrem İranın neft obyektlərinə hücum çağırışı edib.

Redaktor.az xəbər verir ki, senator bu barədə Tvitter səhifəsində yazıb. O, buna səbəb kimi Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft emalı zavodlarına edilən dron hücumlarını göstərib. Qremin sözlərinə görə, İran ciddi nəticələr hiss etməyincə oxşar addımlarını səngitməyəcək.

Onun sözlərinə görə, iranın neft emal edən zavodlarına hücum ölkədəki rejimə də dağıdıcı zərbə vuracaq.(Qafqazinfo)