75 yaşlı taksi sürücüsü 7 piyadanı vurdu: polisə qəza anını xatırlamıram dedi

 16:26 15.09.2019     1062

 

Yaponiyada taksinin piyadaların üzərinə sürülməsi nəticəsində 7 nəfər xəsarət alıb.

Redaktor.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, insident ötən gün yerli saatla 21.20-də Naqoya şəhərində qeydə alınıb. Bu barədə NHK telekanalı məlumat yayıb. Şahidlərin bildirdiyinə görə, avtomobil anidən səkiyə tərəf istiqamətlənib və səkidə hərəkət edən bir qrup piyadaya çırpılıb. Hadisədə yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilib. Artıq polis 75 yaşlı taksi sürücüsünü saxlayıb. O, sorğu-sual zamanı, qəza anını xatırlamadığını bildirib.

Araşdırma aparılır.(avtosfer.az)