Avropa 15 milyardı verməyə razı oldu - İran

 17:38 15.09.2019     1349

Avropa ABŞ sanksiyalarından yayınaraq İranla ticarət aparmaq üçün yaradılmış “İnstex” fond mexanizminə 15 milyard dollar köçürməyə razılıq verib.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici siyasət komitəsinin sədri Müctəba Zünnur danışıb.

“Avropalılar “İnstex” fonduna 15 milyard dollar yatırmağı qəbul etdilər”, - Zünnur bildirib.