Turistlərin olduğu qayıq batdı: 12 nəfər öldü

 17:58 15.09.2019     1762

Hindistanın Andhra Pradeş ştatında turistlərin olduğu qayıq batıb.

Redaktor.az-ın “Times of India” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Qodavari çayında baş verib.

Qandipoçamma məbədindən Papikondalu turizm məkanına doğru hərəkət edən və göyərtəsində 11 nəfər heyət üzvü də daxil olmaqla, 60 nəfərin olduğu qıyığın batması nəticəsində ən azı 12 nəfər ölüb. Xilasedicilər 17 nəfəri xilas edib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hindistan baş naziri Narendra Modi “Twitter” sosial şəbəkəsindəki səhifəsində ölənlərin ailələrinə başsağlığı verib.(apa)