Qocalar evində yanğın: 1 nəfər ölüb, 21 nəfər yaralandı

 18:52 15.09.2019     2347

Almaniyanın cənub-qərbində qocalar evində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb.

Redaktor.az-ın trend-ə istinadən məlumatına görə, yanğın şənbə günü Idar-Oberstein şəhərində başlayıb.

İlkin məlumatlara görə, bir nəfər ölüb, bir nəfər ağır vəziyyətdədir, və daha 20 nəfər yüngül xəsarət alıblar. Yanğının səbəbi hələ müəyyən edilməyib.