Universitetin rektoruna bağ evində sui-qəsd oldu - VİDEO

 19:51 15.09.2019     8220

Ukrayna Ternopil Milli İqtisad Universitetinin rektoru Andrey Krysovatyə qarşı sui-qəsd olub.

Redaktor.az unikal.org-a istinadən xəbər verir ki, hadisə Ukraynanın qərbində yerləşən Ternopil şəhərində baş verib. Təhlükəsizlik kamerası tərəfindən qeydə alınan hadisədə Ternopil Milli İqtisad Universitetinin Rektoru Andrey Krysovatynın bağ evinin qapısında bir bağlama qoyulub. Rektor sözügedən bağlamanı əlinə götürərək baxmağa başlayıb. Bu zaman bağında gəzərək bağlamanının içinə baxan Andreyin yanına həyat yoldaşı gəlir.   

Bu zaman bağlamanın içində bomba partlayır.

Hadisə zamanı rektorun bir əli qopub, xanımının isə bir gözü çıxıb. 

Hadisə anlarını təhlükəsizlik kamerasına əks olunub.