Gürcüstanda Azərbaycandilli yeni məktəb binasının açılışı olub - FOTOLAR

 09:23 16.09.2019     2397

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə yeni dərs ili başlayıb.

Redaktor.az apa.az-a istinadən xəbər verir ki, dərs ilinin ilk günündə Marneuli rayonunda yerləşən 1 saylı ictimai məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili,  Marneuli İcra başçısı Zaur Darğallı, millət vəkili Ruslan Hacıyev və yerli icma nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, yararsız vəziyyətdə olduğu üçün 2016-cı ildə sökülən köhnə məktəb binasının yerində yenisinin tikilməsi üçün büdcədən 1 milyon lari ayrılıb. Məktəbdə hazırda 150 şagird təhsil alır.

22