"Səudiyyə Ərəbistanındakı hücumlarda İranın əli yoxdur" - XİN

 10:57 16.09.2019     5149

“Səudiyyə Ərəbistanında neft yataqlarına təşkil edilən hücumlarda İranın əli yoxdur”.

Redaktor.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi belə açıqlama verib. O bildirib ki, hücumlarda Tehranın əli olduğuna dair səsləndirilən iddialar tamamilə əsassızdır.

“Tehran Yəmən xalqının hüquqlarını tam dəstəkləyir. Lakin hücumlarla bağlı İranın ünvanına səsləndirilən iddialar yalandır”- deyə diplomat qeyd edib.

Xatırladaq ki, iki gün əvvəl Yəməndəki Husi üsyançıları pilotsuz uçan aparatlarla krallıqdakı neft zavodlarını hədəfə alıblar.

Anar Türkeş / Redaktor.az