Həsən Ruhani ABŞ-a səfər edəcək

 12:15 16.09.2019     2115

İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Məlumata görə, Ruhani BMT-nin Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün ABŞ-a yollanacaq. Onu Xarici İşlər naziri Cavad Zərif və digər rəsmilər müşayət edəcək.

Qeyd edək ki, BMT-nin 74-cü sessiyası sentyabrın 17-də başlayacaq.

Anar Türkeş / Redaktor.az