Husilərdən xəbərdarlıq - Hər an yeni hücumlar təşkil edə bilərik

 12:28 16.09.2019     306

Yəməndəki Husi üsyançıları Səudiyyə Ərəbistanına yeni hücumlar təşkil edə bilər. 

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə üsyançılar yazılı xəbərdarlıq edib. Açıqlmada bildirilir:

“Səudiyyə Ərəbistanındakı neft müəssisəsi “Aramco” da olan şirkətlər və xarici vətəndaşlara xəbərdarlıq edirik. Hər an yeni hücumlar həyata keçirə bilərik”.

Xatırladaq ki, iki gün əvvəl Yəməndəki Husi üsyançıları pilotsuz uçan aparatlarla krallıqdakı neft zavodlarını hədəfə alıblar.

Anar Türkeş / Redaktor.az