Dünyanın gözü-qulağı Ankaradadır - Vacib görüş başladı

 13:06 16.09.2019     683

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı Həsən Ruhani arasında görüş başlayıb.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, görüş zamanı ikili məsələlərlə yanaşı qlobal və regional mövzuların, o cümlədən Suriya münaqişəsinin müzakirə olunacağı gözlənilir. 

Həsən Ruhani bu gün Ankarada təşkil olunacaq Suriya üzrə 3-lü zirvədə iştirak etmək üçün Türkiyəyə səfər edib. Yaxın saatlarda Rusiya prezidenti Vladimir Putin də Ankaraya gələcək.

Anar Türkeş / Redaktor.az