Vladimir Putin TÜRKİYƏDƏ

 14:52 16.09.2019     260

Rusiya prezidenti Vladimir Putin Suriya üzrə 3-lü zirvədə iştirak etmək üçün Türkiyəyə səfər edib.

Redaktor.az xəbər verir ki, onun yaxın saatlarda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir. Ardınca isə İranın dövlət başçısı Həsən Ruhaninin də iştirakı ilə Ankarada tərəflər arasında 3-lü zirvə görüşü baş tutacaq.

Vladimir Putinin Həsən Ruhani ilə də təkbətək görüşü planlaşdırılır.

Anar Türkeş / Redaktor.az