Ərdoğan və Putin arasında görüş BAŞLADI

 15:56 16.09.2019     268

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Trthaber” məlumat yayıb.

Qeyd edək ki, Kreml rəhbəri Suriya üzrə 3-lü zirvədə iştirak etmək üçün Türkiyədə səfərdədir. İran prezidenti Həsən Ruhaninin də iştirak edəcəyi 3-lü toplantı isə yaxın saatlarda başlayacaq.

Anar Türkeş / Redaktor.az