Zelenski "Normandiya formatı"nda keçiriləcək görüşdən gözləntilərini AÇIQLAYIB

 15:51 16.09.2019     192

Ukrayna Prezidenti Vladimir Zelenski "Normandiya formatı"nda keçiriləcək görüşdən gözləntilərini açıqlayıb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, Prezident Vladimir Zelenski Rusiya və Ukrayna arasında bütün girov və əsirlərin dəyişdirilməsi, hərbi qüvvələrin geri çəkilməsi və Donbasda seçkilərin keçirilməsi ilə bağlı müvafiq qərarlar gözlədiyini deyib.

"Əsas məsələ bizim bütün əsir və girovların yekun mübadiləsi ilə bağlı məsələnin həlli istiqamətində addımın atılmasıdır. Digər məsələ ordunun geri çəkilməsi və bizim ordumuzun təmas xətti boyunca yerləşdirilməsi ilə bağlı dəqiq tarixlərin müəyyənləşdirilməsidir” - deyə V. Zelenski bildirib.

Ukrayna Prezidenti Donbasda yerli seçkilərin keçirilməsi ilə bağlı tarixin müəyyənləşdirilməsi istiqamətində gözləntisinin olduğunu da qeyd edib.