Türkiyədə qatar QƏZASI: Ölənlər var

 10:18 19.09.2019     2835

Türkiyənin Biləcik vilayətində bələdçi qatarının relsdən çıxması nəticəsində 2 maşinist dünyasını dəyişib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, qəza qatar yüksək sürətli nəqliyyat vasitələrinin hərəkət etdiyi xətlərin təhlükəsizliyini yoxlayarkən baş verib. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az