Əfqanıstanda DƏHŞƏT: Xəstələr güllələndi - Çox sayda ölü və yaralı var

 11:07 19.09.2019     3975

Əfqanıstanın Zabul vilayətindəki xəstəxanaya təşkil edilən hücum zamanı azı 30 nəfər həyatını itirib.  100-ə qədər yaralı var.

Redaktor.az xəbər verir ki, hücum minalanmış avtomobilin partladılması ilə həyata keçirilib. Ardınca isə binada silah səsləri eşidilib. Məlumata görə, ölən və xəsarət alanlar arasında xəstələr də var. Hücuma görə məsuliyyəti Taliban terror qruplaşması üzərinə götürüb.

Partlayışdan sonra əraziyə xilasedicilər və təhlükəsizlik əməkdaşları cəlb edilib. Xatırladaq ki, son iki gün ərzində taliblərin hücumu nəticəsində 50-dən çox insan həlak olub.

Anar Türkeş / Redaktor.az