Bircə zəng ilə hərbi əməliyyatlara başlaya bilərik - Tramp İranı TƏHDİD ETDİ

 12:23 19.09.2019     522

ABŞ prezidenti Donald Tramp İranı növbəti dəfə müharibə ilə təhdid edib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir  ki, ABŞ prezidenti Donald Tramp İrana mümkün hərbi müdaxilə ilə bağlı açıqlama verərkən belə deyib. O bildirib:

“Bircə telefon zəngi ilə hərbi əməliyyatlara başlaya bilərik. Bunun bu gün olması şərt deyil. Sabah da ola bilər. İki həftədən sonra da...".

Anar Türkeş / Redaktor.az