İndoneziyada iki güclü zəlzələ BAŞ VERDİ

 13:23 19.09.2019     521

İndoneziyada iki güclü zəlzələ baş verib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Yava adası sahillərində əvvəlcə rixter cədvəli üzrə 6, ardınca isə 6,2 bal gücündə yeraltı təkan qeydə alınıb. Yeraltı təkanların episentri Tuban şəhərindən 83 kilometr məsafədə, yerin 613 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Anar Türkeş / Redaktor.az