Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir

 15:00 19.09.2019     635

Ermənistanda həlak olmuş hərbçilərin anaları və həyat yoldaşları hökumətin binası qarşısında etiraz aksiyası keçirir. 

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, səhər saatlarından etirazçılar hökumət binasının qarşısına toplanıb. 

Polis Baş nazirlə görüşmək istəyənləri binaya buraxmayıb.

Etirazçılar hökumətdən vəzifə başında ölən hərbi qulluqçulara da kompensasiya verilməsini tələb edirlər. Onlar 1 mart 2008-ci il hadisələri zamanı ölənlərin ailələrinə hökumət tərəfindən ayrılmış kompensasiyanı əsas gətirərək, bu tələblə çıxış edirlər.