Rusiyada virusların saxlanıldığı mərkəzdə PARTLAYIŞ OLUB

 14:53 19.09.2019     268

Rusiyanın Sibir bölgəsindəki virusların saxlanıldığı “Vektor Virus” araşdırma mərkəzində partlayış baş verib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, yanğınla müşayət olunan partlayış zamanı 1 nəfər xəsarət alıb. Hadisəyə qaz sızmasının səbəb olduğu güman edilir.

Bəzi mənbələr hadisənin virus sızıntısına səbəb olduğunu iddia etsə də, rəsmi dairələr bunu təkzib edib.

Qeyd edək ki, dünya üçün böyük önəm daşıyan “Vektor Virus” mərkəzində müxtəlif epidemik xəstəliklərin virusları saxlanılır.

Anar Türkeş / Redaktor.az